Gəncədə 12 yaşlı uşağı maşın vurdu

  • By Günel
  • 09 İyul 2025 20:41

Gəncədə azyaşlını maşın vurub.

Gununsesi.info -nunməlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 2013-cü il təvəllüdlü N.Xəlilovu vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Gununsesi.info