Gəncədən Moskavaya uçmalı olan aviareys təxirə salındı

  • By Günel
  • 09 İyul 2025 21:06

Bu gün Gəncə şəhər Beynalxalq Hava Limanından Rusiyanın Vnukova aeroportuna uçması gözlənilən aviareys təxirə düşüb.

Gununsesi.info xəbər verir ki,bürosuna sərnişinlərdən biri məlumat verib.

Məlumata görə, saat 18-00 da uçmalı olan təyyarə sabah saat 12-00-dək təxirə düşüb.

İlkin məlumata görə, 118 sərnişin uçması gözlənilirdi. Sərnişinlərin bir qismi Gəncə şəhərindəki otellərə yerləşdirilib.

İlkin ehtimal olaraq təyyarədə yaranan texniki nasazlıq əsas göstərilir.