
Slovakiya Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 18-ci sanksiyalar paketinin qəbul edilməsini növbəti dəfə bloklayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Slovakiya mətbuatı məlumat yayıb.
Bununla belə, yaxın günlərdə paket üzrə kompromis əldə oluna biləcəyi bildirilir.
Xatırladaq ki, Slovakiya iyulun 5-də də Aİ-nin Rusiyaya qarşı sanksiyalar paketini bloklamışdı. Respublikanın Baş naziri Robert Fitsonun fikrincə, İttifaqın yeni planı Slovakiya iqtisadiyyatına mənfi təsir göstərə bilər.