Beş nəfərlik ailə ‘cadugərlik’ iddiasına görə döyülərək öldürüldü

  • By Admin2
  • 08 İyul 2025 17:06

Hindistanın Bihar əyalətində bir uşağın ölümündə bir ailənin “cadugərlik” fəaliyyəti göstərilib. Döyülərək öldürülən 5 nəfərin cəsədi gölə atılıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Hindistanda bir uşağın ölümündən sonra ölümün “cadugərlik” nəticəsində baş verdiyinə inanan kəndlilər beş nəfərlik ailəni döyərək öldürüblər.

Polis rəsmiləri ölkənin şimalındakı Bihar əyalətində baş verən hadisə ilə bağlı açıqlama verərək, qətllə əlaqədar 3 nəfərin nəzarətə alındığını və şübhəlilərin cinayətlərini etiraf etdiklərini açıqlayıb. Ölənlər arasında biri 75 yaşlı üç qadının olduğu bildirilib. 

Hadisədə əsas şübhəli şəxs hücum etdiyi adamlardan birini yenicə dünyasını dəyişən oğlunun ölümündə məsuliyyət daşıyır. Polisin məlumatına görə, şübhəli şəxs bu şəxsin və ailəsinin “cadugərlik”lə məşğul olduğuna inanırdı. “Qurbanları döyərək öldürdükdən sonra cinayətkarlar onların cansız bədənlərini traktora yükləyib gölə atıblar”, – deyə polisin açıqlamasında bildirilir. 

Hadisəni törədənlərin və həyatını itirənlərin ölkənin ən yoxsul əyaləti olan Bihardakı Oraon qəbiləsinin üzvləri olduğu bildirilib. Ən azı 130 milyon insan, əksəriyyəti hindular Bihar əyalətində yaşayır.  

Orxan

Gununsesi.info