
Xorvatiyanın Split şəhərində fırtına və güclü yağışın vurduğu bərə batıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Xorvatiyanın sahil şəhəri Splitdə fırtına və güclü yağışın vurduğu bərə batıb.
Split Liman İdarəsindən verilən açıqlamada bütün ölkəni təsir edən fırtına və şiddətli yağış səbəbiylə bir bərə idarəetməni itirərək limanda gözləyən katamarana və turist gəmisinə çırpılıb.
Qəza nəticəsində turist gəmisinin batdığı barədə məlumatı paylaşan Liman İdarəsi ölən və yaralanan olmadığını, ancaq maddi ziyanın olduğunu bildirib.
Liman İdarəsindən Zvonimir Perkusic də milli mətbuata bildirib ki, güclü fırtına səbəbiylə limanda gözləyən bərənin ipi qopub və atılması nəticəsində biri batmış iki gəmiyə dəyib.
Milli medianın məlumatına görə, güclü tufan nəticəsində Splitdəki stadionun damı zədələnib, çoxlu ağaclar aşıb.
O da qeyd olunub ki, Split şəhərində insanlar əlverişsiz hava şəraiti ilə bağlı çaxnaşma yaşayırlar.
Xorvatiya Meteorologiya Xidməti isti dalğasından sonra güclü külək və yağış barədə xəbərdarlıq etmişdi.
Orxan