Şəkidə TIR yanır - Video - Yenilənir

  • By Admin2
  • 08 İyul 2025 15:40

Şəki-Qax yolunun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində ağırtonnajlı yük avtomobili yanır.

Gununsesi.info xəbər verir ki, TIR qəfil alışmağa başlayıb.

Əraziyə yanğınsöndürmə briqadası cəlb edilib.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

***

Hadisə ilə bağlı FHN-dən bildirilib ki, qurumun 112 qaynar telefon xəttinə Şəkinin Aşağı Göynük kəndində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafzə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

Gununsesi.info