Keçmiş vitse-prezident üçün 6 günlük milli matəm elan edildi

  • By Günel
  • 08 İyul 2025 12:16

Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa iyulun 3-də vəfat edən keçmiş vitse-prezident David Mabuzanın xatirəsinə iyulun 7-dən 12-dək 6 günlük milli matəm elan edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Cənubi Afrikada keçmiş vitse-prezident David Mabuza üçün 6 günlük milli matəm elan edilib.

Prezident Siril Ramafosa, iyulun 3-də vəfat edən keçmiş vitse-prezident David Mabuzanın xatirəsinə ölkə daxilində bayraqların yarıya endirilməsi və anım mərasimlərinin keçirilməsini ehtiva edən bu qanunu elan etdi.

64 yaşında dünyasını dəyişən Mabuzanın cənazəsi iyulun 12-də Mpumalanqa əyalətində keçiriləcək rəsmi dəfn mərasimi ilə torpağa tapşırılacaq.

Siyasətdə aktiv rol oynayan Mabuza 2018-2025-ci illər arasında vitse-prezident vəzifəsində çalışıb və yerli səhnədə dərin iz buraxan lider olub.

Günel

Gununsesi.info