Nəsimidə quldurluq edən şəxs saxlanıldı

Nəsimi rayonunda quldurluq hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən Gununsesi.info-ya verilən xəbərə görə, iyulun 6-da gecə saatlarında naməlum şəxs 19 və 25 yaşlı paytaxt sakinlərini kəsici alətlə hədələyərək onların pulunu talayıb.

Hadisə ilə bağlı Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 46 yaşlı M. Əliyev saxlanılıb.

Araşdırma aparılır.

 

 

Gununsesi.info