Alman təyyarəsi lazerlə hədəf alındı

  • By Admin2
  • 08 İyul 2025 13:42

Almaniya Xarici İşlər Nazirliyi, Çin ordusunun AB əməliyyatı zamanı bir Alman təyyarəsini lazerlə hədəf aldığını açıqlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Almaniya Çin səfirini Xarici İşlər Nazirliyinə çağırıb. Nazirlik sosial mediada Çin ordusunun Avropa Birliyinin (Aİ) dəniz təhlükəsizliyini qorumaq məqsədi daşıyan “Aspides” əməliyyatı zamanı bir Alman təyyarəsini lazerlə hədəf aldığını açıqlayıb.

Sözügedən əməliyyatın husilərin Qırmızı dənizdəki beynəlxalq dəniz fəaliyyətlərinə cavab olaraq ABŞ hərbi əməliyyatı olduğu bilinir. 

Xarici İşlər Nazirliyi X hesabında bir yazıda, “Alman personalını riskə atmaq və əməliyyatı pozmaq tamamilə qəbuledilməzdir” dedi. Açıqlamada Çin səfirinin Xarici İşlər Nazirliyinə çağırıldığı qeyd edilib. 

Hadisə ilə bağlı başqa heç bir məlumat hələ açıqlanmasa da, insident Aİ daxilində Çinin Avropadakı kritik texnologiyalara və təhlükəsizlik infrastrukturuna təsiri ilə bağlı narahatlıqların artdığı bir vaxta təsadüf edir. 

Avropa Komissiyası və Çin Xarici İşlər Nazirliyi hələlik məsələ ilə bağlı açıqlama verməyib, Çinin Berlindəki səfirliyi isə e-poçtla göndərilən şərh sorğusuna hələ cavab verməyib. 

Orxan

Gununsesi.info