Bu il 7130 məzuna fərqlənmə attestatı verilib

“2024-2025-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə 150072 məzun adi, 7130 nəfər fərqlənmə attestatına layiq görülüb”.

Bu barədə Gununsesi.info-ya MÜTDA-dan məlumat verilib.

“Tam orta təhsil səviyyəsi üzrə isə 108388 nəfər məzun adi, 6778 nəfər fərqlənmə attestatına layiq görülüb”, – məlumatda qeyd olunu.