Natiq Cəfərli atasını itirdi -Yenilənib

Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin sədri, iqtisadçı Natiq Cəfərliyə ağır itki üz verib.

Gununsesi.info Operativ Media-ya istinadən xəbər verir ki, siyasətçinin atası Gürcüstanda yerləşdirildiyi xəstəxanada vəfat edib.

***

Natiq Cəfərli Anews.az-a bildirib ki, ölümlə bağlı yayılan xəbər yalandır: “Atam komada vəziyyətindədir, amma ölməyib. Sadəcə vəziyyəti çox ağırdır”.

***

REAL Partiyası Mehman Cəfərovun bu gün vəfat etdiyi ilə bağlı paylaşım edib: “Dərin hüznlə bildiririk ki, REAL Partiyası Siyasi Komitəsinin sədri Natiq Cəfərlinin atası Mehman Cəfərov bu gün vəfat edib”.