
Gənclərin təhsilini və karyera yolunu daim dəstəkləyən Yelo Bank bu il də ənənəsini davam etdirərək “Summer Challenge” yay təcrübə proqramını uğurla start verdi.
Artıq 5-ci dəfədir keçirilən və hər il böyük maraqla qarşılanan proqram üçün 600-dən çox namizəd qeydiyyatdan keçmişdi. Onlar arasından 55 nəfər istedadlı gənc seçilərək Yelo Bank-ın Baş ofisi və filiallarında təcrübə keçmək imkanı qazandılar.
Təcrübəçilərlə Yelo Bank-ın baş ofisində ilk tanışlıq görüşü keçirildi. Görüşdə çıxış edən İdarə Heyətinin sədri Anar Həsənov gəncləri səmimi salamlayaraq, onlara uğurlar arzuladı. O öz çıxışında iştirakçılara tövsiyələr verərək, proqram müddətində fürsətləri dəyərləndirib, həm biliklərini artırmağı, həm də özlərini ifadə etməyi tövsiyə etdi.
Təcrübəçilər öz maraq və bacarıqlarına uyğun olaraq Alternativ kanallarla satış, Mikro biznes müştərilərlə iş, Bank sistemləri departamenti, CVM və BI, Proqramlaşdırma və analitika mərkəzi, Hüquq departamenti, Brendin idarəedilməsi, İnsan Kapitalının idarəedilməsi, İnformasiya təhlükəsizliyi, Risklərin idarəedilməsi və Bankın xidmət şəbəkəsində müxtəlif sahələrdə çalışacaqlar. Proqram müddətində onlar dərin biliklər əldə edəcək, güclü komandanın bir hissəsi kimi çalışacaq və uğurlu karyera üçün vacib olan bacarıqlarını inkişaf etdirəcəklər.
Təcrübə müddəti başa çatdıqdan sonra fəallığı və bacarığı ilə seçilən iştirakçılar Yelo Bank-da işə qəbul ediləcəklər. Qeyd edək ki, əvvəlki illərin uğurlu məzunları artıq Yelo komandasında karyeralarını davam etdirirlər.
Yelo Bank bundan sonra da gənclərin inkişafına dəstək olan təşəbbüslərlə onların yanında olmağa davam edəcək.
Banklarda təcrübə proqramları ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!