
ABŞ prezidenti Trampın bu ölkələrlə görüşündən əvvəl ABŞ Dövlət Departamentinin 5 Qərbi Afrika ölkəsinin liderlərinə immiqrasiya razılaşması təklif etdiyi iddia edilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın dünən Ağ Evdə beş Qərbi Afrika ölkəsinin liderlərini qəbul etməsindən sonra ABŞ mətbuatında yer alan xəbərlərə görə, bu beş ölkəyə ABŞ tərəfindən deportasiya edilən miqrantları qəbul etmək təklifi edilib.
The Wall Street Journal (WSJ) yazır ki, Tramp Liberiya, Seneqal, Mavritaniya, Qabon və Qvineya-Bisau liderləri ilə görüşəndə ABŞ administrasiyası bu ölkələrə təzyiq göstərirdi ki, ölkələri artıq geri götürməkdən imtina etmiş və ya bunu etməkdə ləngimiş miqrantları qəbul etsinlər.
Qəzetin hazırkı və keçmiş ABŞ rəsmilərinə və daxili memorandumlara istinadən verdiyi məlumata görə, liderlər Trampla görüşmək üçün Ağ Evə getməzdən əvvəl ABŞ Dövlət Departamenti hər bir ölkəyə sorğu göndərib. Müraciətlərdə bu ölkələrdən ABŞ tərəfindən deportasiya edilmiş miqrantları qəbul etmələri istənilib.
Çərşənbə günü, iyulun 9-da keçirilən görüşdə Tramp ABŞ-ın tələblərinə də toxunaraq deyib:
“Ümid edirəm ki, biz vizalarının müddəti bitdikdən sonra ölkədə qalmağa davam edən insanların yüksək nisbətlərini azalda bilərik”.
Orxan