
İran İsrailə qarşı cavab hücumlarını davam etdirir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İran hücumlarının başlamasından bəri ilk dəfə İsrailə pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirib.
İsrail Müdafiə Qüvvələri (IDF) Negevdə saat 11:15-də edilən xəbərdarlıqdan sonra İrandan İsrailə doğru atılan pilotsuz uçuş aparatının (PUA) təsbit edildiyini açıqlayıb.
Bildirilib ki, PUA-nın qarşısını almaq cəhdləri edilib, lakin onun qarşısını almaq mümkün olmayıb. İHA-nın Bet Şeanda iki mərtəbəli binaya çırpıldığı və ölənlərin olmadığı öyrənildi.
Orxan