
İranın xarici işlər naziri Abbas Əraqçi üç Avropa ölkəsinin tələbi ilə bu gün Cenevrəyə gedib.
Gununsesi.info xəbər verir ki, o, Avropa İttifaqı, İngiltərə, Fransa və Almaniyanın xarici işlər nazirləri ilə kritik görüş keçirəcək.
Almaniya, Fransa və İngiltərə Cenevrədə İranla xarici işlər nazirləri səviyyəsində aparılacaq danışıqlarda Sammitdə nüvə proqramı və regional gərginliyin müzakirə ediləcəyi bildirilir.
Diplomatik mənbələr Cenevrədə Almaniya, Fransa, Böyük Britaniya və Aİ rəsmilərinin əvvəlcə öz aralarında görüşəcəyini, ardınca isə İran nümayəndə heyəti ilə ayrıca görüş keçirəcəklərini bildiriblər. Danışıqların ABŞ ilə koordinasiyalı şəkildə Almaniyanın Cenevrədəki daimi nümayəndəliyində baş tutacağı bildirilib.
Qeyd edək ki, İranın xarici işlər naziri Əraqçi BMT-nin İnsan Haqları Şurasındakı çıxışında İsrailin İrana hücumlarını kəskin şəkildə pisləyib. İsrailin beynəlxalq hüquqa zidd olaraq həm mülki əhaliyə, həm də dinc nüvə obyektlərinə qarşı hücumlar təşkil etdiyini bildirən Əraqçi, bu hərəkətlərin ağır müharibə cinayəti kimi qiymətləndirilməsi lazım olduğunu bildirib. İranın özünümüdafiə hüququndan istifadə etdiyini vurğulayan Əraqçi BMT-yə üzv olan bütün dövlətləri məsuliyyəti öz üzərinə götürməyə və bu ədalətsizliyə qarşı tədbir görməyə çağırıb. O, xəbərdarlıq edib ki, əks halda beynəlxalq hüquq sisteminin əsasları aşınacaq.