
İsrail İrana qarşı uzunmüddətli hərbi kampaniyaya hazırlaşır.
Gununsesi.info xəbər verir ki, bunu İsrailin Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir deyib.
“The Financial Times” nəşrinin yazdığına görə, E.Zamir xəbərdarlıq edib: raket infrastrukturuna uğurlu zərbələr endirilməsinə və hərbi rəhbərliyin aradan qaldırılmasına baxmayaraq, qarşıda İrana qarşı uzun və çətin əməliyyat var.
Kampaniya hələ bitməyib, bizi çətin günlər gözləyir”, – deyə o bildirib.
E.Zamir deyib ki, İran proksi qruplar və raketlər şəbəkəsi vasitəsilə İsraili “atəş halqası” ilə mühasirəyə alıb və nüvə proqramını davam etdirir. O vurğulayıb: “Biz mövcud təhlükəni aradan qaldırmaq üçün qabaqlayıcı hərəkət etməliyik”.