Cəlilabadda itkin düşən gənc tapıldı - FOTO

  • By Günel
  • 20 İyun 2025 20:45

Cəlilabad rayonunun Seyidbazar kənd sakini, 2004-cü il təvəllüdlü Mirzəyev Əlisa Hüseynağa oğlu tapılıb.

Gununsesi.info xəbər verir ki, bir neçə gün əvvəl evdən çıxaraq naməlum istiqamətdə gedən Əlisa Mirzəyevin yeri polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində paytaxt ərazisində müəyyən olunub.

O, artıq ailəsinə təhvil verilib.

Qeyd edək ki, Əlisa Mirzəyev bir neçə gün idi ki, itkin kimi axtarışda idi.