Azərbaycanla Çin arasında qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiq olunacaq

  • By Günel
  • 20 İyun 2025 19:29

Azərbaycan və Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında müqavilə təsdiq olunacaq.

Gununsesi.info xəbər verir ki, sözügedən məsələ parlamentin Beynəlxalq münasibətlər və parlamentlərəarası əlaqələr komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Müqavilə”nin təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.

Məsələ səsə qoyularaq plenar iclasa tövsiyə olunub.

Gununsesi.info