Mingəçevirdə gənc oğlan kommunal borca görə özünə xəsarət yetirdi

  • By Günel
  • 20 İyun 2025 21:59

Evlərində yaranmış kommunal borca görə mübahisə edən 18 yaşlı gənc özünə çoxsaylı xəsarət yetirib.

Gununsesi.info xəbər verir ki, hadisə Mingəçevir şəhərində, Samux küçəsinə bitişik bağlar yaşayış massivində baş verib.

Ailəsinin ödəyə bilmədiyi kommunal borca görə evlərində təchizatı dayandırılıb. Məsələ ilə bağlı ailənin 2007-ci il təvəllüdlü övladı Ruslan Quluzadə mübahisə zəmnində özünə çoxsaylı bədən xəsarətləri yetirib.

Yaralı gənc dərhal xəstəxanaya çatdırılıb.

Ona hər iki qol nayihəsi saidlərinin çoxsaylı kəsilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info