
Prezidentlər Rəcəb Tayyib Ərdoğanla Nikol Paşinyan arasındakı görüşdə Türkiyə ilə Ermənistan arasında təmaslar, Cənubi Qafqazda sülh və dialoq prosesi, regionla bağlı cari proseslər müzakirə olunub.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin İletişim Nazirliyi məlumat yayıb.
Prezident Ərdoğan Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında əldə olunan razılaşmanın hazırkı konyukturada əhəmiyyətinə diqqət çəkib.
O, Türkiyənin bölgənin “qazan-qazan” anlayışı ilə inkişafı məqsədi ilə həyata keçirilən səylərə hər cür dəstəyi verməyə davam edəcəyini bildirib.
Görüşdə Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi çərçivəsində atılacaq addımlar da müzakirə edilib.
Prezident R.T. Ərdoğan bildirib ki, Türkiyə təkcə Qafqazda deyil, bütün regionda sabitliyin bərqərar olması üçün bütün diplomatiya vasitələrindən istifadə edir və İsrailin İrana hücumları ilə başlayan zorakılıq spiralının yaratdığı riskləri aradan qaldırmaq üçün liderlərlə təmaslarını davam etdirir.
***
Türkiyə Prezidentli Rəcəb Tayyib Ərdoğanla Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş başladı.
Gununsesi.info xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.
Məlumata əsasən, liderlərin məhdud tərkibdə görüşü Dolmabağça sarayında keçirilir.
Qeyd edək ki, iyunun 20-də N.Paşinyan Türkiyə Prezidentinin dəvəti ilə bu ölkəyə ilk işgüzar səfərə gedib.