Nikol Paşinyan: Zəngəzur dəhlizinin adını dəyişmək istəyirik

  • By Günel
  • 21 İyun 2025 19:59
zəngəzur dəhlizi

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan, Türkiyə və Azərbaycan arasında məhək daşı olan Zəngəzur dəhlizinin adını dəyişmək istəyir.

Gununsesi.info xəbər verir ki, yeni ad “Sülhün kəsişməsi” olacaq.

N.Paşinyanın sözlərinə görə, bu ərazidən ədalətli və dinc istifadə istəyini əks etdirəcək.

“Biz dedik ki, Zəngəzur dəhlizi olmayacaq, Sülh yollarının kəsişməsi olacaq. Bu nə deməkdir? Bu, qarşılıqlı tanınma və ərazi bütövlüyü, suverenlik və bərabərliyə hörmət deməkdir”, – Paşinyan İstanbulda ermənilərlə görüşündə deyib.

Ermənistanının hökumət başçısı əlavə edib ki, Türkiyə və Azərbaycanın səyahət üçün Zəngəzur dəhlizindən istifadə etməsində heç bir problem görmür. Onun fikrincə, bu, Ermənistan üçün sadəcə bir üstünlükdür – dəhlizdən çoxlu yük keçərsə, sabit logistik marşrutlar çəkilərsə, bu, hamı üçün faydalı olar.

Gununsesi.info