
Böyük Britaniya Cənubi Afrikalı müxalifət lideri Julius Malema-nın viza müraciətini “Həması dəstəklədiyi” səbəbi ilə rədd edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Qəzzada törədilən soyqırım səbəbindən İsrailə qarşı zaman-zaman bəzi sanksiyalar tətbiq edən, lakin hərbi yardımlarını dayandırmayan İngiltərə beynəlxalq aləmdə maraqlı addım atıb.
Böyük Britaniya Cənubi Afrikadakı müxalif İqtisadi Azadlıq Döyüşçülərinin (EFF) lideri Julius Malema-nın viza müraciətini “Həması dəstəklədiyi” səbəbi ilə rədd edib.
Cənubi Afrikanın milli mətbuatında yer alan xəbərlərə görə, Böyük Britaniya Daxili İşlər Nazirliyi Malemanın “Cənubi Afrikalı ağdərililərə qarşı irqçi ritorikasına” və Həmas-a qarşı “ictimai maraqlara zidd bir şəxs” olduğunu iddia edib.
Orxan