Dünyanın ən gizli yeraltı hərbi obyektləri peyk görüntüləri vasitəsilə ortaya çıxdı

  • By Admin2
  • 21 İyun 2025 16:08

İranda İsrailin hücumu ilə gündəmə gələn Fordo obyekti dağların altında gizlənmiş nüvə bazaları zəncirinin ən diqqət çəkən halqalarından biridir. ABŞ, Rusiya, Çin və Şimali Koreyanın gizli yeraltı mərkəzləri nüvə müharibəsi ssenarilərində sağ qalmaq planlarının əsasını təşkil edir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrailin son hava hücumlarından sonra İranda bir dağın altında inşa edilən Fordo Nüvə Müəssisəsi bütün dünyanın diqqətini çəkib.

Dünyanın ən yaxşı qorunan hərbi bazalarından biri hesab edilən Fordo İranın nüvə proqramının mərkəzi hesab olunur.