Rusiya Ukraynaya hərtərəfli sülh nizamlanması üçün təklif göndərib

  • By Günel
  • 21 İyun 2025 09:09

Rusiya Ukraynaya hərtərəfli sülh nizamlanması üçün ən yaxşı təklifini göndərib və Kiyevi şansı əldən verməməyə çağırır.

Gununsesi.info xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə Qərb dövlətlərinin tələbi ilə çağırılan iclasında deyib.

“İstanbulda birbaşa Rusiya-Ukrayna təmasları zamanı biz sülh yolu ilə nizamlanmaya dair memorandum layihəsimizi təhvil verdik. O, iki hissədən ibarətdir və hərtərəfli uzunmüddətli sülhün bağlanması şərtlərini, həmçinin atəşkəs şərtlərini özündə əks etdirir”, – diplomat bildirib.

Nebenzya sənədin Rusiya prezidentinin 2024-cü ilin iyununda bəyan etdiyi prinsiplərə əsaslandığını vurğulayıb:

“Bu, Ukraynanın bu gün ala biləcəyi ən yaxşı təklifdir. Biz sizə bunu qəbul etməyi məsləhət görürük”.

Qeyd edək ki, iyunun 2-də İstanbulun Çırağan sarayında Ukrayna və Rusiya nümayəndə heyətləri arasında növbəti görüş keçirilib. Burada Rusiya nümayəndələri Ukraynaya sülh üçün iki mərhələləli memorandum təqdim ediblər.

Gununsesi.info