Putindən Xamenei ilə bağlı açıqlama

  • By Günel
  • 20 İyun 2025 20:51

Rusiya prezidenti Vladimir Putin İsrailin İran lideri Xamneini öldürməklə hədələməsi ilə bağlı “Ümid edirəm ki, bu ritorika olaraq qalacaq” deyib.

Gununsesi.info xəbər verir ki, Putin açıq şəkildə İranın mübarizəsini dəstəklədiklərini bildirib.

“Biz İranın qanuni maraqları, o cümlədən nüvə enerjisindən dinc məqsədlər üçün istifadə hüququ uğrunda apardığı mübarizəni dəstəkləyirik”. İranla gündəlik təmasdayıq.

Putin təxminən 200 rus əməkdaşının yerləşdiyi İranın Buşehr şəhərindəki Atom Elektrik Stansiyasında işlərin davam etdiriləcəyini və personalın təxliyə olunmayacağını əlavə edib.

Gununsesi.info