Bakıda kafedə yanğın oldu

  • By Günel
  • 21 İyun 2025 09:29

Bakının Xəzər rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya verilən xəbərə görə, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 800 m² olan birmərtəbəli müxtəlif təyinatlı obyektlərdən sahəsi 250 m² olan kafenin mətbəxində 1 ədəd soyuducu və mətbəx mebeli 3 paq.m yanıb.

Yüksək temperaturdan plastikdən ibarət qapı əriyib. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info