
İranın müxalifət mediası İsrailin “Terror Alarm” resursuna istinadən yazır ki, İranın keçmiş prezidenti Mahmud Əhmədinejad Tehranda maskalı şəxslər tərəfindən öldürülüb.
Gununsesi.info xəbər verir ki, sui-qəsdin arxasında SEPAH-ın kəşfiyyat xidməti ilə əlaqəli qüvvələrin dayandığı bildirilir. Bunu İran hökumətindəki daxili çəkişmələrin bir hissəsi adlandırırlar.
Hələlik rəsmi təsdiq yoxdur. İran höküməti vəziyyəti şərh etmir.
Məlumata görə, Əhmədinejad küçədə xanımı və iki oğlu ilə birlikdə gedərkən maskalı şəxslər tərəfindən güllələnib.
20:55
İranın keçmiş Prezidenti Mahmud Əhmədinejad öldürülüb.
Gununsesi.info xəbər verir ki, bu barədə Vista.ir saytı məlumat yayıb.
İddiaya görə, sabiq dövlət başçısı Tehranda küçədə gəzdiyi zaman qətlə yetirilib.
Xəbər portalı hadisə ilə bağlı məlumatın rəsmi qurumlar tərəfindən hələlik təsdiq və ya təkzib olunmadığını bildirir.