
İstanbulda jurnalistlərə açıqlama verən İranın xarici işlər naziri Araqçı, “Təcavüz dayandırılmalıdır ki, diplomatiyaya qayıda bilək” deyib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İranın xarici işlər naziri Abbas Arakçi İstanbulda xarici işlər naziri Hakan Fidanın ev sahibliyi ilə keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası öncəsi mətbuata açıqlamalar verib.
İyunun 15-də ölkəsinin ABŞ-ilə danışıqların 6-cı raundundan iki gün əvvəl “İsrailin İrana hücum etmək qərarına gəldiyini” qeyd edən Arakçi, “Aydındır ki, diplomatiyaya qarşıdırlar, bu məsələnin sülh yolu ilə həllini istəmirlər, 2015-ci ildə olduğu kimi danışıqlar yolu ilə həllə tamamilə hazırıq”, – deyə bildirib.
İranın ABŞ, Rusiya, Çin, Fransa, Böyük Britaniya və Almaniyadan ibarət P5+1 ölkələri ilə 2015-ci ildə imzaladığı razılaşmanı xatırladan Arakçi, həmçinin “Bu, iki illik danışıqların nəticəsi idi və biz sazişi imzalayanda bütün dünya bunu qeyd etdi” deyib.
Orxan