
Küveyt İrandan təxliyə edilən vətəndaşlarının ilk qrupunun ölkəyə gəldiyini, Oman isə vətəndaşlarının təxliyəsinin beşinci mərhələsinin tamamlandığını açıqlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Küveyt İsrailin davam edən hücumları səbəbiylə İrandan təxliyə edilən vətəndaşlarının ilk qrupunun ölkəyə gəldiyini, Oman isə vətəndaşlarının təxliyyəsinin 5-ci mərhələsinin tamamlandığını açıqlayıb.
Küveyt Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, İrandan təxliyə edilən Küveyt vətəndaşlarının Türkmənistan üzərindən ölkəyə çatdığı bildirilib.
Təxliyə edilənlərin sayı ilə bağlı məlumat verilməyən bəyanatda Küveytin İrandakı bütün vətəndaşlarının ölkəyə qayıtmasını təmin etmək üçün səylərini davam etdirəcəyi qeyd edilib.
Oman Xarici İşlər Nazirliyi verdiyi açıqlamada, İsrailin Tehrana davam edən hücumları səbəbindən Muskatın İrandan quru, dəniz və hava yolu ilə vətəndaşlarını təxliyə etməyə davam etdiyini bildirdi.
Bəyanatda qeyd olunub ki, nazirlik ölkənin müvafiq qurumları və Omanın Tehrandakı səfirliyi ilə koordinasiyalı şəkildə həyata keçirilən təxliyyə planının 5-ci mərhələsi çərçivəsində 181 Oman vətəndaşının və bir çox başqa millətlərin nümayəndələrinin geri qaytarılmasını təmin edib.
Qeyd edilib ki, təxliyyə edilənlər İranın Məşhəd şəhərindən Türkmənistana, oradan isə Maskat Beynəlxalq Hava Limanı vasitəsilə Omana çatıblar.
Oman dünən elan edib ki, təxliyyə əməliyyatının dördüncü mərhələsində 292 vətəndaşı Türkiyə üzərindən İrandan təxliyə edilib.
Təxliyyənin üçüncü mərhələsi birbaşa İranın Bəndər Abbas limanından Omanın Xasab limanına aparılıb.
Orxan