Fidan: İsrail qonşumuz İrana hücum edərək bölgəni fəlakətə sürükləyir

  • By Admin2
  • 21 İyun 2025 13:13

Xarici işlər naziri Hakan Fidan İsrailin hücumları ilə bölgəni fəlakətə sürüklədiyini bildirib. Zülmə qarşı dik durmağa davam edəcəklərini bildirən Fidan, qanunsuz hücumlara son qoymağa çağırıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci Toplantısı öz işinə başlayıb.

İclasda çıxış edən xarici işlər naziri Hakan Fidan bunları deyib:

“Qəzzada soyqırımını davam etdirən İsrail qonşumuz İrana hücum edərək bölgəni total fəlakətə sürükləyir. Biz zülmə qarşı durmağa davam edəcəyik. İsrailin işğalçılıq siyasəti bölgədəki problemi bütün çılpaqlığı ilə ortaya qoyur. Bu məsələ açıq şəkildə İsrail məsələsidir. Nüvə danışıqları davam edərkən İsrailin İrana hücumunu şiddətlə qınayırıq. Beynəlxalq ictimaiyyət İsrail-İran müharibəsinin daha geniş münaqişəyə çevrilməsinin qarşısını almalıdır. Bölgəmiz üçün fəlakətli ola biləcək bu hücumlar dərhal dayandırılmalıdır. İsrailin məqsədi fələstinliləri qovmaq və iki dövlətli həllin qarşısını almaqdır”.

Orxan

Gununsesi.info