Azərbaycanda yeni mədəniyyət saytı yaradıldı

  • By Admin2
  • 17 İyun 2025 12:55

Azərbaycanda yeni mədəniyyət saytı fəaliyyətə başlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı şair Aqşin Yenisey yayıb.

Onun sözlərinə görə, fəaliyyətə yeni başlayan saytın əsas məqsədi elitar mədəniyyəti, elmi-kütləvi ədəbiyyatı təbliğ etməkdir:

“Bu gündən “Daha.az” mədəniyyət saytını oxucuların ixtiyarına veririk. Saytı yaratmaqda məqsədimiz elitar mədəniyyəti, elmi-kütləvi ədəbiyyatı təbliğ etməkdir”.

O, həmçinin qeyd edib:

“Sayta yazı göndərən və yazısı redaksiya heyətinin səs çoxluğunu qazanaraq yayımlanan hər bir müəllif qonorar alacaq”.

Qeyd edək ki, yazılarınızı “yazarlar@daha.az” ünvanına göndərə bilərsiniz.

Gununsesi.info