
İran raket zərbələrinin sayını ehtiyat çatışmazlığına görə deyil, yeni taktiki yanaşmalar səbəbindən azaldıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Tehran silahlı münaqişələrdə yeni strategiyaya keçid edib.
Bununla belə, mənbə bildirir ki, bu dəyişiklik İsrail üçün sevindirici hal deyil. Rəsmi şəxsin sözlərinə görə, İran artıq daha dəqiq və təkmilləşdirilmiş raketlərə üstünlük verir. Bu raketlər birbaşa hərbi və təhlükəsizlik obyektlərini hədəfə alacaq.
Məlumata görə, İranın atdığı raketlərin ABŞ-ın THAAD, Patriot, Arrow 3, Arrow 2 və İsrailin “David’s Sling” və “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemlərini keçərək, əvvəlcədən müəyyən edilmiş hədəfləri dəqiq vurduğu müşahidə edilib.
Digər tərəfdən, İranın Səhiyyə Nazirliyi minlərlə vətəndaşın silahlı münaqişənin qurbanı olduğunu açıqlayıb. Bildirilir ki, təxminən 3500 nəfər yaralanıb, 430 mülki vətəndaş isə həyatını itirib.
Günay