
Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının tikintisinin davam (II mərhələ) etdirilməsinə 9 milyon 929 min 735 manat xərclənəcək.
Gununsesi.info xəbər verir ki, xəstəxananın 150 çarpayılıq olması nəzərdə tutulub.
Satınalan şirkət Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrinin Müdiriyyətidir.
Qeyd edək ki, Cəbrayılda mərkəzi xəstəxananın tikintisi ilə bağlı tenderin birinci mərhələsi 2023-cü ildə keçirilib. Satınalmanın qalibi “El-Seym İnşaat” QSC olub. Qalib şirkətə 17 milyon 328 min 200 manat ödənilib.
“El-Seym İnşaat” həmin ildə Suqovuşan qəsəbəsində 5 ədəd 5 mərtəbəli 2 girişli yaşayış binalarının tikintisi işlərinin satın alınması ilə bağlı tenderin də qalibi olub. Bunun üçün şirkətə 16 milyon 564 min manat ödənilib.
2024-cü ildə isə Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti ““Ağdam şəhəri 2 nömrəli yaşayış massivi, 6-cı məhəllə üzrə 126 mənzildən ibarət (2,3,4,5 otaqlı ) 6 ədəd yaşayış binalarının (3,4,5,6,7 mərtəbəli) tikintisi” ilə bağlı “El-Seym İnşaat” ilə 17 milyon 980 min 774 manat məbləğində müqavilə imzalayıb
Məlumat üçün deyək ki, prezident İlham Əliyev 2023-cü ildə Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, 150 çarpayılıq mərkəzi xəstəxanasının layihələndirilməsi və tikintisi məqsədilə 2021-ci ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Səhiyyə Nazirliyinə ilkin olaraq 500 000 min manat ayrılıb.