
Braziliyanın cənubundakı Rio-Qrande-du-Sul əyalətində daşqınlar nəticəsində ölənlərin sayı 3-ə çatıb. 100 şəhərə təsir edən daşqınlarda bir nəfər itkin düşüb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Braziliyada həftənin əvvəlindən yağan güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.
Braziliya hakimiyyət orqanlarının məlumatına görə, ölkənin cənubundakı Rio-Qrande-du-Sul ştatında güclü yağış daşqına səbəb olub.
İndiyədək 3 nəfər həyatını itirib, 1 nəfər isə itkin düşüb.
Mülki müdafiə qrupları tərəfindən yağışdan zərər çəkmiş ərazilərdən 6 minə yaxın insan təxliyə edilib.
Çayların daşdığı və bir çox evin su altında qaldığı ərazilərdə axtarış-xilasetmə işləri davam edir.
Təxminən 100 şəhərin daşqınlardan zərər çəkdiyi və təxliyə işlərinin çətinliklə davam etdiyi bildirilib.
Rio Grande do Sul əyaləti keçən il də oxşar fəlakətlə üzləşmiş, 180-dən çox adam həlak olmuşdu.
Orxan