Rusiya-Çin ticarət dövriyyəsi 245 milyard dollara çatdı

  • By Günel
  • 20 İyun 2025 22:21

Rusiya ilə Çin arasında qarşılıqlı ticarətin həcmi 7 faiz artaraq, 245 milyard dollar səviyyəyə çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Çinin Dövlət Şurasının baş nazirinin müavini Din Syuesyan ilə görüşündə bildirib.

Rusiya lideri deyib: “İqtisadi əlaqələr bütün çətinliklərə baxmayaraq inkişaf edir. 245 milyard dollar çox yaxşı göstəricidir”.

Gununsesi.info