Yevlaxda ev yandı: bir nəfər tüstüdən zəhərləndi

  • By Günel
  • 21 İyun 2025 08:51

Yevlaxda yanğın hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumata görə, şəhərdə ümumi sahəsi 320 m² (hər mərtəbəsi 160 m²) olan ikimərtəbəli 12 otaqlı evin 7 otağının yanar konstruksiyaları 200 m² sahədə yanıb. Yüksək temperaturdan dam örtüyünün taxta atmaları 7 m² sahədə qarsalanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info