Sakit okeanda ABŞ-nin gizli təyyarələri

  • By Admin2
  • 21 İyun 2025 17:44

İsrail mediası Amerikanın B-2 gizli bombardmançılarının Sakit okeandakı strateji bazaya doğru havaya qalxdığını bildirib.

Gununsesi.info xarici mediay istinadən xəbər verir ki, Amerikanın B-2 gizli bombardmançı təyyarələri Missuridəki Uaytman Hərbi Hava Qüvvələri bazasından Sakit okeanın qərbindəki Quamdakı strateji bazaya doğru havaya qalxıb.

Məlumata görə, bombardmançıları dörd Boeing KC-46 Pegasus yanacaq dolduran təyyarə müşayiət edib. Onlardan ikisinin Sakit okean üzərində B-2-lərə yanacaq doldurduğu, digər ikisinin isə təxminən 75 kilometr (45 mil) geridə olduğu bildirilir.

Hesabatda iki əlavə yanacaq dolduran təyyarənin San-Fransiskonun şimalından havaya qalxaraq şimala doğru getdiyi bildirilir. Növbəti yanacaqdoldurma məntəqəsinin Havayda olacağı gözlənilir.

Orxan

Gununsesi.info