
Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şaban oğlu Şəkiliyev vəzifəsindən azad edilib.
Gununsesi.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, 2010-cu ildən icra başçısı olan M.Şəkiliyev ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.
O, vəzifə cinayətlərində şübhəli bilinir.