Putin: Yeni dünya nizamını Rusiya ilə Çin tənzimləyir

  • By Günel
  • 20 İyun 2025 20:09

Rusiya və Çin yeni dünya nizamı yaratmır, sadəcə onu tənzimləyir.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında moderatorun sualına cavab olaraq bildirib.

“Yeni dünya düzəni yaranır, bu təbiidir. Günəşin doğuşuna bənzəyir. Bundan qaçmaq mümkün deyil! Və biz onu formalaşdırırıq və bəlkə də elə tənzimləyirik ki, balanslı olsun, əksər ölkələrin maraqlarına cavab versin”, – Putin deyib.

Gununsesi.info