Rəsmi Tehran: İran ABŞ qoşunlarına zərbə endirməyə hazır olacaq

  • By Günel
  • 21 İyun 2025 08:47

“ABŞ İsrailin başlatdığı hərbi əməliyyatlara qoşularsa, Tehran Yaxın Şərqdəki Amerika qoşunlarına cavab zərbələri endirməyə hazır olacaq”.

Gununsesi.info xəbər verir ki, bunu “NBC News” telekanalına müsahibəsində İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

Nazirin sözlərinə görə, İran ordusu Amerika hərbçiləri də daxil olmaqla istənilən qüvvələrə cavab zərbələri endirəcək: “Müharibə olanda hər iki tərəf bir-birinə hücum edir. Bu başa düşüləndir. Özünümüdafiə hər bir ölkənin qanuni hüququdur”.

Əraqçi əmin olduğunu bildirib ki, ABŞ Prezidenti Donald Tramp istəsə, bir telefon danışığında İsraili İrana hücumu dayandırmağa razı sala bilər: “Bütün bunlara son qoymaq üçün Vaşinqtondan Təl-Əvivə zəng etmək kifayətdir”.

Gununsesi.info