
Pakistan ABŞ prezidenti Donald Trampı 2026-cı il Nobel Sülh Mükafatına namizəd göstərib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Pakistan Hindistanla son böhranda “diplomatik rolu və liderliyinə” görə ABŞ prezidenti Donald Trampı 2026-cı il Nobel Sülh Mükafatına namizəd göstərib.
Mövzu ilə bağlı verdiyi yazılı açıqlamada Pakistan Baş Nazirlik dəftərxanası, Hindistan və Pakistan arasında artan gərginlikdə Trampın vasitəçi rolunun nüvə enerjisi olan iki ölkə arasında genişmiqyaslı qarşıdurmanın qarşısını aldığını bildirib.
“Trampın həm İslamabad, həm də Yeni Dehli ilə intensiv diplomatik təmasları sürətlə atəşkəs əldə etməyə imkan verdi və milyonlarla insana təsir edə biləcək dağıdıcı münaqişənin qarşısını aldı”, – deyə bəyanatda bildirilir.
Orxan