
İsrail ordusunun Qəzza zolağının cənub və mərkəzi bölgələrində həyata keçirdiyi hücumlarda aralarında humanitar yardım gözləyənlər də daxil olmaqla, 3-ü uşaq 11 nəfərin həyatını itirdiyi bildirilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Qəzzadakı sağlamlıq mənbələrindən alınan məlumata görə, İsrail döyüş təyyarələrinin Qəzza şəhərinin şərqindəki Əş-Şücayyə məhəlləsində Əl-Mənsurə küçəsində uşaqları hədəf alan hücumu nəticəsində 3 uşaq ölüb, 1 uşaq isə ağır yaralanıb.
Şahidlərdən alınan məlumata görə, İsrail qüvvələri Qəzza zolağının cənubundakı Rəfah şəhərinin qərbində insanların humanitar yardım gözlədiyi nöqtəyə yaxın ərazidə atəş açıb. Hücum nəticəsində 3 nəfər həlak olub.
İsrailin Qəzza zolağının müxtəlif bölgələrinə endirdiyi hava zərbələri nəticəsində çoxlu yaralının xəstəxanalara aparıldığı da bildirilib.
Orxan