600 000 suriyalı qonşu ölkələrdən qayıdıb - BMT

  • By Admin2
  • 21 İyun 2025 12:53

Birləşmiş Millətlər Təşkilatı Suriyada 14 ildir davam edən qarşıdurma səbəbindən qonşu ölkələrdə yaşayan 600 min qaçqının öz ölkələrinə qayıtdığını açıqlayıb.

Gununesi.info xarici mediaya istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi 2024-cü ilin dekabrında Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyaya qayıdışlarla bağlı X səhifəsində paylaşım paylaşıb.

Bu günün Ümumdünya Qaçqınlar Günü olduğunu xatırladan Qrandi, “14 ildən sonra qonşu ölkələrdən qayıdan 600 min insanın bəziləri ilə bu günü Suriyada keçirirəm” deyib.

Qrandi Suriyanın geri qayıdanların təhlükəsizlik, imkanlar və dəstək təmin edildikdə nəhayət qaçqın statusunu tərk edə biləcəyi bir yer olduğuna diqqət çəkib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Qrandi dünən X-də bunları paylaşmışdı: “Dekabrdan bəri 2 milyondan çox suriyalı qaçqın və köçkün öz evlərinə qayıtdı”.

Orxan

Gununesi.info