Araz çayının Saatlıdan keçən hissəsində 18 yaşlı gənc batıb

  • By Günel
  • 20 İyun 2025 20:05

Araz çayının Saatlı rayonu, Novruzlu kəndindən keçən hissəsində bir nəfər batıb.

Bu barədə Gununsesi.info-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Araz çayının Saatlı rayonu, Novruzlu kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Dalğıc-xilasedicilər tərəfindən 2007-ci il təvəllüdlü Qasımov Zəka Amid oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Gununsesi.info