İranda İsraillə əlaqəsi olan 54 nəfər saxlanılıb

  • By Admin2
  • 21 İyun 2025 14:04

İranın Xuzistan əyalətində 54 nəfər İsraili dəstəklədikləri və xalqın psixoloji təhlükəsizliyini təhdid etdikləri üçün saxlanılıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İranın Xuzistan əyalətində onlarla insan İsraili dəstəklədikləri və xalqın psixoloji təhlükəsizliyini təhdid etdikləri üçün saxlanılıb.

Xuzistan Baş Prokuroru Əmir Halfiyan verdiyi açıqlamada, İsrailin İrana hücumlarından sonra başladılan təhlükəsizlik araşdırmaları çərçivəsində müxtəlif yollarla İsrailə dəstək verən, düşmən üçün kəşfiyyat toplayan, İran əleyhinə təbliğat aparan və cəmiyyətdə iğtişaş yaratmağa çalışan 54 nəfərin müəyyən edilərək nəzarətə alındığını açıqlayıb.

Halfiyan sözügedən şəxslərin sosial media və digər kommunikasiya şəbəkələri vasitəsilə yalan xəbərlər yayaraq daxili təhlükəsizliyi hədəfə aldığını və hadisə ilə bağlı istintaqın davam etdiyini bildirib.

Orxan

Gununsesi.info