
Ermənistanın Azərbaycanla sərhəd Sünik (Zəngəzur) bölgəsində 17-18 yaşlı iki gənc itkin düşüb.
Gununsesi.info News.an saytına istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, sərhəddəki Tex kəndinin sakinləri 2007-ci il təvəllüdlü Karen Cangiryan və 2008-ci ildə anadan olmuş Andrey Qyaquns gecə saat 01:20 radələrində Aravus kəndi yaxınlığında itkin düşüblər.
Onların azaraq Azərbaycan ərazisinə keçdiyi ehtimal edilir.
Qeyd edək ki, Azərbaycan tərəfindən hadisə ilə bağlı hələlik açıqlama verilməyib.