
ABŞ-də Fələstin tərəfdarı etirazlarda iştirak etdiyinə görə saxlanılan Mahmud Xəlil 3 aylıq həbsdən sonra sərbəst buraxılıb. Onu azad etməyə qərar verən federal hakim, hökumətin cəzalandırmaq üçün immiqrasiya qanunlarından istifadə etdiyini söylədi.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Fələstini dəstəkləyən etirazlar zamanı saxlanılan fəal Mahmud Xəlil Luiziana ştatında immiqrasiya təcridxanasından buraxılıb.
Nyu-Cersi ştatında federal hakimin azadlığa buraxılması qərarı Tramp administrasiyasının onları qanunsuz olaraq hədəf aldığını iddia edən hüquq müdafiəçiləri üçün əhəmiyyətli bir qələbədir.
Mart ayında Manhettendəki kollec yataqxanasında həbs edilən Xəlil prezident Donald Trampın antisemitizm kimi xarakterizə etdiyi Fələstin tərəfdarı etirazlarda iştirak edən xarici tələbələri deportasiya etmək siyasətinin ilk hədəfi olub.
Jena şəhərində azad edilən Xəlil bildirib:
“Ədalət yerini tapsa da, bu qərar çox gecikib. Üç ay çəkməməli idi”.
ABŞ-nin Nyuarkdakı Dairə Hakimi Maykl Farbiarz Daxili Təhlükəsizlik Departamentinə Xəlili azad etmək əmri verib.
Hakim vurğuladı ki, Xəlilin vəkilləri tərəfindən müvəkkilinin uçuş riski olmadığı və ictimai təhlükəsizliyə təhlükə törətmədiyinə dair təqdim olunan sübutlar təkzib olunmayıb.
“Mülki immiqrasiya məsələsinə görə kimisə cəzalandırmaq konstitusiyaya ziddir”, – deyə hakim vurğulayıb.
Son aylarda ABŞ-də saxlanılan və sərbəst buraxılan digər Fələstin tərəfdarı tələbələr arasında Mahsun Mahdevi və Rümesya Öztürk də var.
Günel