Çaylarda sululuq artdı

  • By Admin2
  • 03 İyun 2025 10:06

Bu gün çaylarda sululuq artıb.

Gununsesi.info xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Əyriçayda 6 sm, Kiçik Qafqaz ərazisindən axan Zəyəmçay və Gəncəçayda 2 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Quruçayda 11 sm artım, Kür çayının aşağı axınında Kür-Yevlaxda 6 sm, Araz çayının yuxarı axınında isə 16 sm qeydə alınıb.

Gununsesi.info