
Kinboksinq və Muay-Tay üzrə 9 qat Dünya, 3 qat Avropa çempionu, Uşusanda üzrə Azərbaycan çempionu, beynəlxalq dərəcəli və Əməkdar idman ustası Araz Musayev Türkiyənin Antaliya şəhərində bıçaqlanıb.
Gununsesi.info-nun məlumatına görə, ağır yaralanan idmançı xəstəxanaya yerləşdirilib.
Hadisənin səbəbi hələlik məlum deyil. Araz Musayevin bir neçə bıçaq zərbəsi aldığı bildirilir.