
İsrailin Qəzza blokadasını yarmaq üçün İtaliyadan yola çıxan fəallar Qəzzaya doğru irəliləyir. Gəmidəki 12 fəaldan biri Yasemin Acar NTV telekanalına danışıb. Acar, “Fələstin xalqının səsi olmaq üçün yola çıxdıq” deyib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrailin Qəzza blokadasını yarmaq üçün İtaliyadan yola çıxan fəallar Qəzzaya doğru yola düşüblər.
Təyyarədə türk fəal Yasemin Acar, iqlim fəalı Qreta Tunberq və “Taxt oyunları” filmindəki rolu ilə tanınan aktyor Liam Kanninqem var.
Gəmidə səyahət edən 12 fəaldan biri olan Acar NTV telekanalına danışıb.
Çıxışına son aylarda hücuma məruz qalan humanitar yardım gəmisi ilə başlayan Acar, “Aylarla davam edən hazırlıqdan sonra nəhayət yola düşdük. Hədəfimiz Qəzzadır. Dörd həftə əvvəl Malta sahillərində olarkən İsrail tərəfindən pilotsuz uçan aparatla hücuma məruz qaldıq. Bu hücum gəmimizə həyata keçirilib. Burada 16 nəfər humanitar yardımçı var idi” deyib.
Gəmidə hal-hazırda Almaniya, Türkiyə, Fransa, Hollandiya, Braziliya və İsveçdən 12 fəalın olduğunu bildirən Acar, “Fərqli coğrafiyalardan gəlmişik, ancaq bir məqsəd üçün buradayıq: Fələstin xalqının səsi olmaq”.
İqlim fəalı Qreta Tunberqin də daxil olduğu qrup 7 gün ərzində Qəzzaya çatmağı hədəfləyir.
Orxan